Azərbaycan paytaxtında dəyişkən buludlu hava şəraiti davam edəcək
21.6.2012

İyunun 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı istisna olunmur. Ekoplogiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-21 dərəcə, gündüz 27-31 dərəcə isti təşkil edəcək. Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam əsasən bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 17-22 dərəcə, gündüz 31-36 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 22-27 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 22-dən 24-dək Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

APA