Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 19-da Bakıda Fikrət Əmirov
küçəsində görkəmli bəstəkarın xatirəsinə ucaldılmış abidənin açılışında
iştirak edib. Prezident abidənin üzərindəki örtüyü götürüb, önünə gül
dəstəsi qoyub.
Müəllifi əməkdar rəssam Namiq Dadaşov olan tuncdan hazırlanmış abidənin
hündürlüyü 3,6 metrdir. Abidənin ətrafında park salınıb, abadlıq işləri
aparılıb.