Qoç - O qədər də maraqlı gün deyil. Onun ilk yarısını xoşagəlməz düşüncələrlə keçirəcəksiniz. Psixoloji diskomfort, həll olunmumış daxili problemlər adətən şən və güləriz olan Qoçları da yolundan çıxaracaq. Bürcün nümayəndələri ilə iş görmək asan deyil. Ona görə də onların ətrafdakılarla fikir ayrılıqları yaranacaq.
Günün ikinci yarısı daha xoş olacaq. Bu vaxt müsbət tendensiyaların təsiri hiss olunmağa başlayacaq. Axşama zövq verən görüş təyin edin. O, ovqatınızı yüksəldəcək, lazımsız fikirləri beyninizdən atmağa yardım edəcək.
Buğa - Həftənin o qədər də asan və xoş günü deyil. Lakin müsbət tendensiyaların təsirləri bəzən özünü göstərəcək. Həmkarlarınız və rəhbərlikdə fiikr ayrılıqları mümkündür. Qadınlarla yola getmək xüsusilə, çətin olacaq. Siz xırda anlaşılmazlıqları ürəyinizə salır, boş şeylərə görə əsəbiləşirsiniz. Gülüş obyektinə çevrilmək riski var.
Günün ikinci yarısı iri sövdələşmələr, eləcə də, işgüzar və dostluq ünsiyyəti üçün münasibdir. Ovqatınız yüksələcək, maraqlı təkliflər gələ bilər.
Əkizlər - Çox maraqlı və zəngin gündür. Siz ünsiyyət üçün açıqsınız, tez-tez beyninizdən keçənləri dilə gətirirsiniz. Amma bu zaman heç kimi incitmir və pərt etmirsiniz. İş danışıqları çox konstruktiv keçəcək, qadınları dəstəyi ilə əhəmiyyətli uğurlar qazanmaq olar.
Günün ikinci yarısında rəhbəriniz və ya gələcək karyeranıza təsir imkanı malik başqa adamla fikir ayrılıqları yarana bilər. Maddi itkilər istisna deyil. Amma sevgidə bəxtiniz gətirəcək. Əlverişli məqamdan şəxsi problemlərinizin həlli üçün istifadə edin.
Xərçəng - Siz işgüzar, enerjili, demək olar ki, yorulmazsınız. Odur ki, gün yüksəkliklərin fəthini, hökmətə layiq qələbələr vəd edir. Xərçənglər gələcəyə əsaslı nikbinliklə baxırlar. Amma mənfi tendensiyalar da hərdən özünü xatırladacaq. Bu üzdən sizin sirr kimi saxlamağa çalışdığınız informasiya ortaya çıxa bilər.
Günün ikinci yarısında boş şeylərə görə narahat olacaq, həyəcanlanacaqsınız. Özünüzü ələ almağa çalışın – emosiyaların təsiri altında səhvlərə yol verə bilərsiniz.
Şir - Günün birinci yarısı maraqlı və məhsuldar keçəcək, qarşınızda yeni perspektivlər açılacaq, istifadə etməməyin yolverilməz olduğu maraqlı imkanlar yaranacaq. Yeni tanışlıqlar mümkündür.
Günün ikinci yarısında emosional yorğunluq yaranacaq, tək qalmaq istəyəcəksiniz. Bu vaxt sakit istirahət, yorucu olmayan məşğuliyyətlər üçün münasibdir. Oxuyun, filmlərə baxın, yaxşı musiqiyə qulaq asın… Bunların hamısının faydası var.
Qız - Uğurlu gündür, müsbət tendensiyaların təsiri güclü olacaq. Elə səhərdən emosional yüksəliş, işgüzar fəallığın artmasını hiss edəcəksiniz. Nəticədə günün birinci yarısı çox məhsuldar keçəcək. Günün ortasında qarşı cinsin nümayəndələrinin diqqət işarələri sizi sevindirəcək.
Günün ikinci yarısında intellektual potensialınız çox yüksək olacaq. Hiss edəcəksiniz ki, maraqlandığınız bütün sualların cavabını bilirsiniz. Bu vaxt təhsil, eləcə də, dünya görüşünün genişlənməsinə xidmət edən istənilən məşğuliyyət üçün münasibdir.
Tərəzi - Ciddi itkilər az ehtimal olunur. Xırda itkilər isə istisna deyil. Günün birinci yarısı gərgin olacaq. Nahara yaxın yorulduğunuzu, gücdən düşdüyünüzü hiss edəcəksiniz. Bir qədər dincəlin. Tezliklə həyat potensialı yüksələcək, bundan sonra əvvəlki həvəs və şövqlə işlərinizə qayıda bilərsiniz. Ətrafdakıların işlərinizə yersiz müdaxiləsi məyusluq yarada bilər.
Tərəzilər diqqəti özlərinə cəlb etmək üçün çox şeyə hazırdırlar. Bürcün nümayəndələrini, hətta ən kəskin rəqabət də qorxutmur. İş səfərlərinə getmək tövsiyə olunmur. Amma romantik səyahətlərə ulduzların heç bir etirazı yoxdur.
Əqrəb - Ünsiyyətdə ciddi problemlər yaranacaq. Ətrafdakıların özünü necə aparması xoşunuza gəlmir və bunu gizlətməyi lazım bilmirsiniz. Tez-tez münaqişələr qızışacaq və siz onları söndürməyə çalışmayacaqsınız. Bu gün əsl dostları itirməyəcəksiniz. Amma hansısa nüfuzlu şəxsin dəstəyindən məhrum ola bilərsiniz.
Gün ziddiyyətli emosiyalarla zəngin olacaq. Bu üzdən diqqəti işə yönəltməkdə çətinlik çəkəcəksiniz. Maliyyə problemləri yarana bilər. Onların öhdəsindən gəlməkdə yaxınlarınızdan biri sizə kömək edəcək.
Oxatan - Bu gün ailə problemləri ilə yadda qalacaq. Onlar o qədər ciddi ola bilər ki, işiniz ikinci plana keçəcək. İş partnyorlarınızla fikir ayrılıqları istisna deyil. Rəhbərlik sizdən narazı qalacaq. Maddi itki ehtimalı yüksəkdir. Ağır texnikanın sınması, hansısa dəyərli əşyadan məhrum olmağınız mümüdür.
Sosial vəziyyəti və həyatı baxışları sizinki ilə uyğun gələn adamların əhatəsində vaxtınızı pis keçirməyəcəksiniz. Yaxınlarınız üçün hədiyyələr, zərgərlik məmulatları, sənət əsərləri və s. almaq olar.
Oğlaq - Bu gün fikir ayrılıqları məhz o adamlarla yaranacaq ki, onların rəyi sizin üçün doğrudan da vacibdir. Siz güzəştə getməyə çalışırsınız. Amma bu, azdır. Münasibətlərdə harmoniyanı qorumaq üçün daha əhəmiyyətli qurbanlar lazımdır. Günün ortasında işgüzar aktivlik kəskin azalacaq. Bu vaxt bir çox Oğlaqlar uğur əldə etmək şansını buraxacaqlar. Sövdələşmələrə getmək tövsiyə olunmur.
Gün kütləvi çıxışlar, kübar mərasimlərdə iştirak üçün münasibdir. Yeni tanışlarınızın rəğbətini asanlıqla qazanacaqsınız. Kimsə sizə görə başını itirəcək. Amma çətin ki, bu, sizi maraqlandırsın.
Dolça - Əlverişli gündür. Müsbət tendensiyaların təsiri güclüdür və siz bundan məharətlə istifadə edəcəksiniz. İntuisiyanız kəskindir. Onun sayəsində həm iş, həm də şəxsi xarakterli çətin vəzifələrin öhdəsindən gələ biləcəksiniz. Gün mütaliə, təhsil və dünya görüşünün genişləndirilməsi üçün münasibdir. Siz başqalarının təcrübəsindən istifadə etməyi, başqalarının səhvlərindən dərs almağı bacaracaqsınız.
Ünsiyyət, vacib məsələlərin həlli üçün yaxşı gündür. Siz ilk baxışdan uğursuz kimi görünən şəraitdən fayda çıxara biləcəksiniz.
Balıqlar - Bütövlükdə pis gün deyil. Yalnız səhər saatları ümumi əlverişli mənzərəni bir qədər pozacaq. Qaranlıq fikirlər sizə qalib gələcək. Özünüzdə onlara müqavimət göstərməyə, məyusluğa qapılmamağa güc tapın. Ətrafdakıların sizinlə manipulyasiya etməsinə imkan verməyin, qərarları müstəqil qəbul edin.
Müsbət tendensiyaların təsiri artacaq və günün ikinci yarısı uğurlu keçəcək. Ovqatınız yüksələcək. Dostlar xoş sürpriz edəcəklər.
Milli.Az