Günün qoroskopu: gərginlik yaşanacaq
3.5.2016

Qoç - Gün istədiyiniz kimi başlamır. Ailənizdəki ab-hava heç xoşagələn deyil. Daim kiminləsə mübahisə edir və savaşırsınız. Anlaşılmazlıqlar artır. Sizin ümidinizi puç edən dostlarınızla da aranız dəyə bilər. Özünüzün haqlı olduğunuzu sübut etmək üçün sərt müzakirələr açmalı olacaqsınız.

Buğa - Günün ikinci yarısı xoş olacaq. Həm peşəkar, həm şəxsi problemlərinizin həlli üçün şərait yaranır. Sevdiyiniz insanla münasibətləriniz düzəlir. Bir çox yaxşı insanlara kömək edə biləcəksiniz.

Əkizlər - Günün ilk yarısı az danışıb, daha çox gücü qulaqlarınıza verin, xüsusilə də həmsöhbətiniz qadınlardırsa. O qədər də etibarlı olmayan mənbədən bu gün çox qiymətli məlumat alacaqsınız. Sizin üçün çox cazibədar birindən bu gün maraqlı təklif də ala bilərsiniz. Özünüzü itirməyin - şəraitdən öz xeyrinizə istifadə edə biləcəksiniz.

Xərçəng - Ağır zamandır. Amma bütün bu çətinliklərə baxmayaraq, ən yaxşı keyfiyyətlərinizi göstərə biləcəksiniz. Özünüzü ağayana, layiqli apacaq, köməyə ehtiyacı olanlara yardım əli uzadacaq, öz prinsiplərinizə sadiq qalaraq kimsənin sizi idarə etməsinə şərait yaratmayacaqsınız.

Şir - Yaman tələsirsiniz, bu səbəbdən bir çox problemləriniz olacaq. Ətrafında qadınlar olan Şirlər daha çox çətinliklə üzləşəcəklər: bu gün zərif cins nümayəndələri ilə ünsiyyət bu bürcün nümayəndələrinə heç məsləhət deyil. Yeni tanışlarınızla dil tapmaq çətin olacaq, onlarda elə də xoş olmayan təəssürat yaradacaqsınız.

Qız - Mürəkkəb məsələlərin həlli üçün ən yaxşı vaxt isə günün ortasıdır. Diqqətinizi toplayaraq işləri səliqə ilə başa çatdıra biləcəksiniz. Axşama doğru yaxınlarınızla ünsiyyətdə problemləriniz yarana bilər.

Tərəzi - Bir qədər gərginlik yaranacaq. Özünüzdən narazılığınız, öz hərəkətlərinizə həddən artıq tənqidlə yanaşmağınız sizi düşünülməmiş hərəkətlərə təhrik edəcək. Bir az özünüzü tərifləyin, axı siz buna layiqsiniz.

Əqrəb - Bu gün yaxınları, ailələri üçün əllərindən gələni əsirgəməyin. Uşaqlarla ünsiyyət çox xoş olacaq. Çətinliklər isə günün ikinci yarısı peyda olacaq. Boş şeylər üstündə ailə üzvlərinizlə mübahisə edə bilərsiniz. Güzəştə gedin!

Oxatan - İstənilən fəaliyyət sahəsi ilə məşğul ola bilərsiniz. Yaradıcı potensialınız o qədər yüksəkdir ki, hətta adi ev işini çox maraqlı bir məşğuliyyətə çevirəcək və qeyri-adi nəticələr əldə edəcəksiniz. Günün ortasında yaxınlarınızla xoşrəftar olun, onları ehtiyatsızlıqlarına görə acılamayın.

Oğlaq - Yaxınlarınızla münasibətləriniz əladır: onları yaxşı başa düşür, həm onların, həm öz maraqlarınızın qeydinə qalırsınız. Yaşlı nəslin nümayəndələri ilə asan dil tapırsınız. Onlardan aldığınız məsləhət və kömək çox işinizə yarayacaq. Pul ala bilərsiniz.

Dolça - Populyarlıq, diqqət, kompliment, qarşı cins tərəfindən böyük maraq arusundaydınız? Sevinin, bu gün həmin arzularınız gerçəkləşir. Əgər arzulamırdınızsa, o zaman sizinlə tanış olmaq istəyən insan ordusu ilə qarşılaşmağa hazır olun. Hətta sizin kinayələriniz də bu gün onlara təsir etməyəcək.

Balıqlar - O qədər xoş sürprizləriniz olacaq ki! Hər bir şəraitdən xeyrinizə istifadə edə biləcəksiniz. Yeni eşqə düşməyiniz, yaxud da əvvəlki münasibətinizi təzələməyiniz və ya möhkəmlətməyiniz mümkündür.

milli.az