Muzey Mərkəzində “Heydər Əliyev və ozan-aşıq mədəniyyəti” mövzusunda tədbir keçiriləcək
3.5.2016

Mayın 6-da Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Aşıqlar Birliyi ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev və ozan-aşıq mədəniyyəti” mövzusunda elmi-mədəni tədbir keçirəcək.

Bu barədə Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu məlumat verib.

Tədbirdə Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı və professor Qəzənfər Paşayev mövzuya dair məruzə ilə çıxış edəcəklər.

Tədbirdə, həmçinin Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun, Əli Tapdıqoğlu, Solmaz Kosayeva, Haşım Qubalı və Gözəl Kəlbəcərlinin, eləcə də “Misri” qrupunun çıxışları nəzərdə tutulub.

azertag.az