Mayın 7-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət İctimai Birliyində beynəlxalq müsabiqələr laureatı, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının tələbəsi Vladlen Petrov solo konsert proqramı ilə çıxış edəcək.
Konsertin İ.S.Bax, İ.Brams, F.Şopenin əsərləri səsləndiriləcək.
Qeyd edək ki, Vladlen Petrov Rusiya Federasiyasının Xalq Artisti, professor Mixail Voskresenskinin sinfində təhsil alır.
azertag.az