Mayın 8-də “Kitabevim.az” mağazasında gənc, istedadlı şair Elnur Abdiyevin “Yuxuna gəlim” adlı kitabının “imza günü” keçiriləcək.
“Kitabevim.az”dan bildirilib ki, nəşrdə müəllifin lirik, fəlsəfi şeirləri, Qarabağ və onun ətrafında baş verən hadisələrə həsr edilmiş “Qara qayğılı Qarabağ” poeması yer alıb. Poemada 1988-ci ildən bəri xalqımıza qarşı ərazi iddiaları, qanlı savaşlar oxucuya mərhələ-mərhələ, fəsillərlə çatdırılıb.
Poemada Azərbaycanın Milli qəhrəmanları Əlif Hacıyev, Təbriz Xəlilbəyli, Çingiz Mustafayevin qəhrəmanlığı vəsf olunub.
azertag.az