Uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri keçirilib
3.5.2016

Mədəniyyət və Turizm Nazirliyi respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməyin göstərilməsi məqsədilə mütəmadi olaraq müxtəlif ixtisaslar üzrə ustad dərsləri təşkil edir.

Nazirlikdən bildirilib ki, bu işin davamı olaraq Hacıqabul, Saatlı, Sabirabad rayon və Şirvan şəhər uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün fortepiano, kamança, musiqi nəzəriyyəsi və xor dirijorluğu ixtisasları üzrə ustad dərsləri keçirilib.

Ustad dərslərini Qara Qarayev adına Mərkəzi İncəsənət və Bakı şəhər 3 nömrəli Uşaq İncəsənət, R.Behbudov adına 2 nömrəli, G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi məktəblərinin təcrübəli müəllimləri aparıblar.

azertag.az