1 yaşı bitən şahzadəyə Azərbaycandan hədiyyə
3.5.2016

Şahzadə Uilyamla Kembric hersoginyası Keyt Midltonun qızı, Böyük Britaniya kral ailəsinin yeni üzvü Şarlotta ilk ad gününə Azərbaycandan hədiyyə alıb. Şahzadəyə hədiyə verənlər arasında kral, iki kraliça, dörd prezident və üç baş nazir var.

Kraliça İkinci Yelizavetanın beşinci nəticəsi olan şahzadə Şarlottaya bir yaşı münasibətiylə aldığı hədiyələri yığmaq üçün tezliklə əlavə otaq lazım olacaq. Bütovlükdə şahzadə Şarlotta Azərbaycandan başlayaraq Zambiyadək dünyanın 64 ölkəsindən hədiyyələr və məktublar alıb.

Bu arada Böyük Britaniya şahzadəsi Şarlottanın ad günü münasibətilə Kensinqton sarayı onun yeni fotolarını dərc edib. Kembric hersoqinyası Ketrin Middltonun müəllifi olduğu fotolar Norfolkda yerləşən kral iqamətgahında çəkilib. Şahzadənin yeni fotoları sarayın "İnstagram" hesabında yayılıb. Portretlə yanaşı, şahzadə Şarlottanın ilk addımlarını əks etdirən şəkil də fotosessiyada yer alıb.

Yelizaveta Diana Şarlotta 2015-ci il mayın 2-də dünyaya gəlib. Şarlotta, babası 67 yaşlı şahzadə Çarlz, 33 yaşlı atası şahzadə Uilyam, 2 yaşlı qardaşı şahzadə Corcdan sonra Birləşmiş Krallıq taxt-tacının 4-cü varisidir. 2012-ci ildə Krallıq Miras qanununda edilən dəyişiklikdən sonra Şarlotta dünyaya gəldiyi andan “Şahzadə Həzrətləri” tituluna sahibdir. Həmçinin bu dəyişikliyə görə gələcəkdə ailənin oğlan övladı olsa belə Şarlottanın taxt-tac varisliyi sirasındakı yeri dəyişilməyəcək.

anspress