Almaniyada çılpaq alış-veriş edənlər üçün mağaza açılmışdır
21.6.2012

Almaniyada yeni açılan market çılpaq alış-veriş etməyi qəbul edəcək qadın və kişi müştərilərin 270 avro məbləğində alış-veriş edə biləcəklərini bildirmişdir.

Hadisə ölkənin şimal sərhədində yerləşən kiçik bir qəsəbədə - Sterndorff Nilsdə açılan supermarketdə baş vermişdir.

Xidmətlə əlaqədar 10-a yaxın müraciət gözlənildiyi halda belə həvəskarların sayı 100-ə çatmışdır. Supermarketin açılışını səbirsizliklə gözləyən çılpaq müştərilər qapı açılan kimi çılpaq halda alış-verişə başlamışlar.

Çılpaq halda market zənbillərini istifadə edən müştərilər bu işdən məmnun olduqlarını söyləmişlər.

AzərTAc