Təsviri sənət istiqamətli ixtisaslara qəbul olunmaq istəyən abituriyentlərin nəzərinə!
3.5.2016

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) rəngkarlıq, qrafika, heykəltəraşlıq, dizayn, dekorativ sənət ixtisasları üzrə məsləhət saatları təşkil edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib ki, məsləhət saatlarının tarixi ADRA-nın rəsmi saytında (www.azra.edu.az/) yerləşdirilib. Abituriyentlər həmin saytda verilmiş qrafik üzrə məsləhət saatlarında iştirak etməlidirlər. Məsləhət saatlarında iştirak vacibdir.

azertag.az