Azərbaycanda reallaşdırılan “Europe3D” layihəsi birinci yerə layiq görülüb
3.5.2016

ESTIEM LG Baku təşkilatının “Europe3D Azerbaijan” ilk beynəlxalq layihəsi “Qışın ən uğurlu layihəsi” nominasiyası üzrə birinci yerə layiq görülüb.

Azərbaycan Texniki Universitetindən (AzTU) bildirilib ki, layihə çərçivəsində Avropanın 20 müxtəlif ölkəsindən 25 tələbə Bakıda təlimlərdə iştirak edib, tariximiz, iqtisadiyyatımız və mədəniyyətimizlə tanış olub.

Sənaye Mühəndisliyi və Menecment üzrə Avropa Tələbələri Birliyi (ESTIEM-European Students of Industrial Engineering and Management) Avropa miqyasında sənaye mühəndisliyi və menecment sahəsində fəaliyyət göstərən yeganə təşkilatdır. Təşkilatın əsas məqsədi Avropada bu ixtisas üzrə təhsil alan tələbələr arasında beynəlxalq əlaqələri təmin etmək, əməkdaşlığı genişləndirməkdir. Azərbaycanda bu təşkilat 2011-ci ildə AzTU-da yaradılıb.

azertag.az