“Motorola” mayın 17-də yeni smartfonlarını təqdim edəcək
3.5.2016

“Motorola” şirkəti KİV nümayəndələrinə Hindistanın Nyu-Dehli şəhərində keçiriləcək “Moto G4” və “Moto G4 Plus” smartfonlarının təqdimat mərasiminə dəvət məktubları göndərib.
“Moto G” silsiləsinin üçüncü nəslinə aid olan cihazlar mayın 17-də ictimaiyyətə nümayiş olunacaq.

Məlum olub ki, “Moto G4” modeli diaqonalı 5,5 düym olan ekranla, 2 Gb əməliyyat yaddaşı və 13 meqapiksel həcmli frontal kamera ilə təchiz edilib. Cihazın displeyinin genişlənməsi 1 080 piksel təşkil edir və onun 8 nüvəli prosesi mövcuddur.

“Moto G4 Plus” isə 16 meqapiksel ön kamerası və barmaq izlərini skan etmək imkanı ilə təmin edilib.

Hər iki cihazın metaldan hazırlanmış korpusu mövcuddur.

lent.az