Tallində fəaliyyət göstərən Azərbaycan həftəsonu məktəbində “Açıq qapı” günü keçirilib
3.5.2016

Tallində fəaliyyət göstərən Azərbaycan həftəsonu məktəbində “Açıq qapı” günü keçirilib.

Həftəsonu məktəbinin şagirdləri qonaqları Azərbaycan və eston dilində salamlayıb, “Azərbaycan deyəndə” şeirini söyləyiblər.

Sonra məktəbin şagirdləri “Azərbaycan Odlar Yurdu” adlı təqdimat ediblər. Ölkəmizlə tanışlıqdan sonra qonaqlar uşaqların ifasında “Azərbaycan” mahnısını dinləyiblər.

Tədbir buta naxışının təqdimatı ilə davam etdirilib, qonaqlara bu naxışı kəsib-tikmək imkanı verilib.

Sonra Azərbaycan xalq rəqslərinin təqdimatı keçirilib və qonaqlarla birlikdə “Yallı” rəqsi ifa edilib.

Tədbir Azərbaycan şirniyyatlarının təqdimatı ilə başa çatıb.

“Açıq qapı” tədbirində eston ictimaiyyətinin, həmçinin Azərbaycan və Türkiyə səfirliklərinin nümayəndələri də iştirak ediblər.

azertag.az