Bakı Musiqi Akademiyasında Ümummilli Liderə həsr olunmuş konsert veriləcək
4.5.2016

Mayın 10-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş konsert proqramı təşkil olunacaq.

Musiqi Akademiyasının mətbuat xidmətindən bildirilib ki, konsert proqramı Əməkdar İncəsənət Xadimi Tahirə Yaqubovanın bədii rəhbərliyi ilə baş tutacaq.

Konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndiriləcək.

azertag.az