Mayın 6-da Xəzər Universitetində gənc detektiv yazıçı Müşfiq XAN ilə görüş və yazıçının kitablarının “imza günü” keçiriləcək.
Görüşdə oxucuların sualları cavablandırılacaq, onlarla fikir mübadiləsi aparılacaq. Yazıçı bu aydan etibarən ali məktəblərdə, şəhər və rayon kitabxanalarında silsilə görüşlər keçirməyi planlaşdırır.
Müşfiq Xan “Tənha canavar”, “Ünvansız sevgi”, “Ümidlərin izi ilə” (həmmüəllif), “Sonuncu hədiyyə”, “U geni”, “Yataqdakı qatil”, “Yolka işığında qətl”, “Qatil üçün nekroloq” , “O2”, “Milanaya məktub”, “5.45” kitablarının müəllifidir.
Görüşdə Universitetin müəllimləri, elm, ədəbiyyat, incəsənət xadimləri, tələbələr, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
azertag.az