Xəzər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında Nizami Gəncəvinin 875 illiyinə həsr olunmuş “Ölməz söz xəzinədarı” adlı sərgi nümayiş olunub.
Tədbirdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığından söhbət açılıb. Bəşəri ideyalar müəllifi olan dünyaşöhrətli şairin əsərlərinin gənc nəslə çatdırılmasında belə tədbirlərin böyük əhəmiyyət daşıdığı bildirilib.
Tədbirdə 181 nömrəli tam orta məktəbin V sinif şagirdlərinin iştirakı ilə N.Gəncəvinin "Sirlər xəzinəsi" poemasından “Sultan Səncər və Qarı” hekayəti təqdim olunub.
Sonda dahi şairin kitabları və əsərlərinə çəkilmiş rəsm sərgisi nümayiş etdirilib.
azertag.az