Aprel ayında 105695 Azərbaycan vətəndaşı Gürcüstana səfər edib
4.5.2016

Bu ilin aprel ayında 105 min 695 Azərbaycan vətəndaşı Gürcüstana səfər edib. Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu rəqəm 2015-ci ilin aprel ayı ilə müqayisədə 17,6 faiz çoxdur.

Azərbaycan bu göstərici ilə Gürcüstana səfər edən xarici vətəndaşlar sırasında ikinci yerdədir. Birinci yerdə isə Türkiyə vətəndaşlarıdır - 115887 nəfər.

Ümumiyyətlə, apreldə Gürcüstana 171 min 235 turist gəlib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çoxdur.

Cari ilin yanvar-aprel aylarında isə Gürcüstana 1 milyon 596 min 916 nəfər xarici vətəndaş gəlib. Bu da ötən ilin 4 ayı ilə müqayisədə 15,4 faiz çoxdur.

azertag.az