Cari ilin sentyabr ayında M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Latviyaya aid kitab, foto və incəsənət əsərlərindən ibarət sərgi təşkil ediləcək. Bu, mayın 3-də Latviyanın ölkəmizdəki səfiri Yuris Maklakovs və səfirliyin əməkdaşı Eva Majorenin Milli Kitabxanadakı görüşü zamanı qərara alınıb.
Kitabxanadan bildirilib ki, görüşdə iki ölkənin milli kitabxanaları arasında sıx əlaqələrdən, kitab mübadiləsindən söhbət açılıb. Səfir Azərbaycan Milli Kitabxanasında yeni iş növləri, avtomatlaşdırma prosesləri, keçirilən kütləvi tədbirlərlə maraqlanıb.
Kitabxananın direktoru, professor Kərim Tahirov “Azərbaycan Milli Kitabxanası. Fotoalbom”, “Azərbaycan xalçaları”, “Azərbaycan mətbəxi” və “Azərbaycan ədəbiyyatı” (ingilis dillərində) kitablarını qonaqlara təqdim edib.
azertag.az