Ankarada hazırlanan podium Ginnesin Rekordlar Kitabına düşüb
19.9.2011

Türkiyənin paytaxtı Ankarada dünyanın ən uzun podiumu qurulub. Uzunluğu 2 kilometr 69 metr olan podium Ginnesin Rekordlar Kitabına düşüb. Podiumun təqdim edilməsində 250 maneken iştirak edib. Türkiyənin məşhur manekenləri Tuğba Özay, Şənay Akay və Şəbnəm Şiffer də onlara qoşulub. Məşhur modelyer Cəmil İpəkçinin hazırladığı kolleksiyada isə geyim həvəskarlarına 100 fərqli model təqdim edilib.
Qeyd edək ki, bundan əvvəl dünyanın ən uzun podiumu Taylandda 1 kilometr 594 metr uzunluğunda olan podium hesab edilirdi.