Səmra Rəhimli “Eurovision-2016”da ilk məşqini edib
4.5.2016

Azərbaycanı “Eurovision-2016” mahnı yarışmasında təmsil edən Səmra Rəhimli Stokholmda ilk məşqini edib.

Bu barədə müsabiqənin rəsmi saytında məlumat verilib. Tərtibatçılar ifaçının səhnə performansını rəngli etməklə tamaşaçının əsas diqqətini onun güclü səsinə və xarici görünüşünə yönəltmək istəyiblər. Onun məşqi xüsusi işıq effektləri ilə müşayiət olunub, səhnədə daha çox qızılı rənglərə üstünlük verilib.

Qeyd edək ki, Səmra Rəhimli müsabiqədə "Miracle" mahnısını ifa edəcək. 21 yaşlı ifaçı mayın 10-da keçiriləcək ilk yarımfinalda “Eurovision” səhnəsinə çıxacaq.

azertag.az