Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə mayın 6-dan 12-dək Azərbaycan Bəstəkarlar İttifaqında silsilə tədbirlər təşkil olunacaq.
Bəstəkarlar İttifaqından bildirilib ki, mayın 6-da “Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzusunda əsərləri” mövzusunda elmi-konfrans, mayın 12-də isə “Müasirlərlə dialoq” layihəsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Əməkdar Elm Xadimi, akademik Akif Əlizadə ilə “Ölkəmizin intellektual potensialının inkişafında Heydər Əliyevin rolu” mövzusunda görüş olacaq.
Bununla yanaşı, Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına salonunda vətənpərvərlik mövzusunda yeni əsərlərdən ibarət konsertin keçirilməsi planlaşdırılır.
azertag.az