Günəş vannası qəbul etdikdə vücudun derma adlanan dəri qatındakı hüceyrələrin kimyəvi tərkibinin dəyişməsi ilə bədən qaralır.Bu hüceyrələr günəşdən gələn ultrabənövşəyi şüaların təsiri altında qaldıqda melanin adlanan tünd rəngli maddələrin miqdarını artırır.Beləcə dərimizin rəngi qaralır.Əslində,bu qaralmanın səbəbi dərini ultrabənövşəyi şüaların təhlükələrindən qorumaqdır.Çünki melanin ultrabənövşəyi şüaları udur.Ancaq dəri günəşin altında çox qalsa, bu qoruma da kifayət qədər olmaz.Dərimizin rəngi qaralmış,yəni üstü melaninlə örtülmüş olsa belə,yenə ultrabənövşəyi şüaların bir qismi dərinin daxilinə girməyə davam edir. Dərinin artıq dərəcədə ultrabənövşəyi şüalarını qəbul etməsi isə dəri xərçəngi xəstəliyinə gətirib çıxarır.Hər il bu xəstəliyə yarım milyon insan tutulmaqda və xüsusi ilə də, gənclər arasında geniş yayılmaqdadır.
qadın.net