“Magistr” jurnalının dördüncü nömrəsi çapdan çıxıb
4.5.2016

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Magistr” jurnalının dördüncü nömrəsini nəşr etdirib.

TQDK-dan bildiriblər ki, jurnalın bu nömrəsində 2016/2017-ci tədris ili üçün ali təhsilin magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsi, proqram seçimi və ixtisaslaşma seçimi barədə elan dərc edilib. Bu nömrədə, həmçinin “Bakalavrın elektron әrizәsi”ndә qəbul proqramlarının seçilməsi və təsdiqi üçün, eləcə də ixtisaslaşmaların seçimi vә tәsdiqi üçün tәlimatlar, qəbul proqramının seçimi üçün elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, “Magistr” jurnalının üçüncü nömrəsində dərc edilən “İxtisaslaşma seçimi cədvəli”nə əlavə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunub. AMEA-nın magistraturasına 2016/2017-ci tədris ili üçün qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri və müsahibənin keçiriləcəyi ünvanlar haqqında məlumat da jurnalın bu nömrəsində verilib.

Həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc edilib.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 və Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m ünvanlarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

azertag.az