Bakı rusiyalıların 1 may bayramında səyahət üçün üstünlük verdikləri ilk beş şəhər sırasına daxil olub
4.5.2016

Rusiyanın "Travel.ru" turizm servisi 2016-cı ilin 1 may bayramı istirahət günlərində rusiyalı turistlərin üz tutduqları ən populyar istiqamətləri müəyyənləşdirib.

Reytinq sərbəst səyahət edənlərin 30 aprel 4 may tarixində bronlaşdırdıqları mehmanxana və apartamentlər üzrə tərtib edilib.

Turistlərin 1 may istirahət günlərində bronlaşdırdıqları mehmanxana və apartamentlərin sayı üzrə xarici şəhərlərin ilk onluğuna Minsk, Riqa, Praqa, Tallin, Vilnyus, Tbilisi, Helsinki və Belqrad daxil olub.

trend.az