L. və M.Rostropoviçlərin ev muzeyində “açıq qapı” günü elan olunacaq
4.5.2016

H.Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə mayın 10-da L. və M.Rostropoviçlərin ev muzeyində “açıq qapı” günü elan olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, həmin gün muzeydə “H.Əliyev və M.Rostropoviç” adlı sənədli film, “H.Əliyev və M.Rostropoviçin dostluq əlaqələri” mövzusunda slayd-şou, bütün ziyarətçilər üçün ekskursiya təşkil ediləcək.

azertag.az