Mayın 14-də Sumqayıt Dövlət Dram Teatrında azyaşlılar üçün “Cəsurlar” tamaşası nümayiş olunacaq.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, Əli Səmədlinin Azərbaycan xalq nağılının motivləri əsasında yazdığı əsərə Vasif Məmmədov quruluş verib.
Tamaşada rolları Əməkdar Artist Ulduzə Nəsir, aktyorlar Dağlar Rüstəmov, İlqar İbrahimov, Yeganə Məmmədvəliyeva, Şəmistan Süleymanlı, Fuad Kazımov, Kifayət Buriyeva və İlahə Səfərova canlandıracaqlar.
azertag.az