Məşhur akkordeon ustası Paskal Konte və Fransadan olan “Səyyah kvartet”in üzvləri artıq Bakıdadırlar. Onlar bu gün İçərişəhəri gəzib, müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri, o cümlədən Şirvanşahlar Saray Kompleksi ilə tanış olublar. Musiqiçilər Azərbaycan mətbəxinin ləziz neməti olan təndir çörəyinin dadına baxıblar.
Mayın 5-də fransalı musiqiçilər Heydər Əliyev Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edəcəklər. Məşhur tanqo ritmləri modern üslub və aranjimanda təqdim olunacaq.
azertag.az