8-ci kilometrdə çoxmərtəbəli avtomobil dayanacağı açıldı
5.5.2016

Mayın 4-də Bakının 8-ci Kilometr qəsəbəsindəki Qara Qarayev prospekti ilə Naxçıvani küçələrinin kəsişməsində inşa olunan çoxmərtəbəli avtomobil dayanacağı istifadəyə verilib. Prezident İlham Əliyev dayanacağın rəmzi açılışını bildirən lenti kəsib.

Avtodayanacaqla tanış olan dövlət başçısı İlham Əliyevə məlumat verildi ki, ümumi sahəsi 16 min 286 kvadratmetr olan avtodayanacağın yuxarı mərtəbəsi restoran kimi fəaliyyət göstərəcək. Buradan Heydər bağına gözəl mənzərə açılır. Bildirildi ki, dayanacaqda 391 avtomobili eyni vaxtda parklamaq mümkündür. Avtodayanacaq naviqasiya, avtomat yanğınsöndürmə sistemləri ilə təchiz olunub.

Paytaxtın 8-ci Kilometr qəsəbəsinin ən qaynar və hərəkətin intensiv olduğu ərazisində tikilən avtodayanacaq yol kənarlarının boşalmasına geniş imkan yaradacaq. Bununla da ərazidə avtomobil tıxacları aradan qaldırılacaq.

İlham Əliyev açılışdaİlham Əliyev yeni açılan avtodayanacaqda

   

Prezident İlham Əliyev bu gün həmçinin, Nizami rayonunun 8-ci Kilometr qəsəbəsindəki Heydər bağında yaradılan şəraitlə də tanış olub.

Prezidentə bildirilib ki, bu istirahət guşəsi 1997-ci ilin mayında ulu öndər Heydər Əliyevin iştirakı ilə açılıb. Ümummilli Lider burada daş palıd da əkib. Heydər bağında həyata keçirilən yenidənqurma tədbirləri zamanı əlavə yaşıllaşdırma işləri görülüb, yeni skamyalar və işıqlandırma sistemi qurulub. Ərazisi 5 hektardan çox olan bağın yenidən qurulmasında yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilib, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.

Dövlət başçısı bağla tanış olurHeydər bağının ümumi görünüşü

   

anspress