Bu gün Bakıda U-17 Avropa çempionatına start veriləcək
5.5.2016

Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə start veriləcək.

A və B qrupunun komandaları I turun oyununa çıxacaqlar.

Günün ilk qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Ölkənin ən böyük arenasında B qrupunda çıxış edən Avstriya ilə Bosniya və Herseqovina milliləri üz-üzə gələcək. 8-ci km qəsəbə stadionunda keçiriləcək qrupun digər matçında isə çempionatın favoritlərindən olan Almaniya Ukraynanı sınağa çəkəcək.

Bu stadiondakı növbəti matç isə A qrupunun oyunu olacaq. Azərbaycan yığmasının rəqibləri Belçika ilə Şotlandiya ilk xal üçün mübarizə aparacaq. Günün son qarşılaşması Bakı Olimpiya Stadionuna təsadüf edəcək. 19:30-da start götürəcək açılış mərasiminin ardınca yığmamız meydana çıxacaq. Komandamız Bakıya medal iddiası ilə gələn Portuqaliya ilə qarşılaşacaq.

U-17-lər arasında AÇ-2016-nın final mərhələsi
Qrup mərhələsi, I tur

B qrupu

14:00. Avstriya – Bosniya və Herseqovina
Bakı Olimpiya Stadionu

17:00. Ukrayna – Almaniya
8-ci km qəsəbə stadionu


A qrupu

19:00. Belçika – Şotlandiya
8-ci km qəsəbə stadionu

20:00. Azərbaycan – Portuqaliya
Bakı Olimpiya Stadionu

lent.az