Misirin iki əyalətinin nümayəndə heyəti Azərbaycana səfər edəcək
5.5.2016

Mayın 15-17-də Misirdən Azərbaycana geniş nümayəndə heyəti gələcək.
Nümayəndə heyətinin tərkibinə Qırmızı dəniz (Hurqada) əyalətinin qubernatoru Əhməd Abdulla və Cənubi Sinay əyalətinin qubernatoru Xalid Fuda, Misir turizm naziri Sami Mahmud, eləcə də turizm sektorunda fəaliyyət göstərən 12 misirli sahibkar daxil olacaq.

Səfər zamanı Azərbaycanın müvafiq orqanlarının nümayəndələri ilə görüşlər keçiriləcək. Görüşlərdə turizm sahəsində əlaqələrin möhkəmləndirilməsi perspektivləri, eləcə də Azərbaycan və Misir arasında birbaşa hava əlaqəsinin açılması məsələsi müzakirə ediləcək.

report.az