İçərişəhərdə "Bakı tipajları" tədbiri keçiriləcək
19.9.2011

19 sentyabr Bakıda Milli musiqi günü ilə əlaqədar olaraq İçəri şəhər tarixi muzeyində "Bakı tipajları" tədbiri keçiriləcək. Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mətbuat xidmətindən məlumat verilib.
Tədbir çərçivəsində Əzim Əzimzadə, Nəcəfqulu İsmayılov və Ələkpər Rzaquliyevin karikaturaları nümayiş etdiriləcək. Bundan başqa, “Qurban Abbasov” adına mədəniyyət evi kollektivi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun əsərlərindən ibarət konsert verəcək.
Eyni zamanda, Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri öz bacarıqlarını nümayiş etdirərək - tədbir iştirakçılarının karikaturalarını çəkəcəklər.