“İrəli” İctimai Birliyi “NETTY-2012” mükafatına layiq görülmüşdür
22.6.2012

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “NETTY-2012” milli internet müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.
Bununla bağlı keçirilən mərasimdə 15 nominasiya üzrə ötən ilin ən uğurlu milli veb saytlarının və layihələrinin adları qeyd edilmişdir.
Tədbirdə, həmçinin “Şəxsi saytlar” nominasiyası üzrə “İrəli” İctimai Birliyinin (İB) sədri Rauf Mərdiyevin saytı http://www.mardiyev.az/ mükafata layiq görülmüşdür.