Qan şəkərini ölçən ən müasir cihaz
5.5.2016

Müasir dövrün ən çox yayılan xəstəliklərindən biri də şəkərli diabetdir. Əsasən stressin səbəb olduğu bu xəstəlik mədəaltı vəzin işinə çox böyük təsir göstərir.

Şəkərli diabet gedişatında hər gün nəzarət tələb edən xəstəlikdir. Bu xəstələr qidalanmalarından tutmuş, gündəlik davranışları və müalicələrinin detallarınadək həkimə hesabat verməlidirlər. Böhran anının yaşanmaması üçün isə tez-tez şəkərin ölçülməsi vacibdir. Məhz bunu nəzərə alan Vitafarma şəkərli diabetlər üçün yeni smart tipli Bionime GM720 qlükometrlərini təqdim edir.

Bu qlükometrin digərlərindən fərqi və üstünlükləri var. Cihaz müasir dizayna malikdir. Aparatın smart olması istifadəsini daha asan və əlverişli edir. İngilis, alman, fransız və italyan dillərində olmaqla 4 ünsiyyət vasitəsindən istədiyiniz dili seçə bilərsiniz. 1000 ölçmə nəticəsi istəyə görə, 7-14-30-60-90 gün aralıqları olmaqla aparatın yaddaşında saxlanılır. Yaddaşa salmadan əvvəl isə aparat yeməkdən öncə və ya sonra ölçdüyünüzü soruşur. Çünki qanda şəkərin miqdarının ac və ya tox qarına ölçülməsi müalicənin doğru istiqamətdə aparıldığını təyin etmək üçün vacibdir. Hətta aparat idman, ya da hər hansı fiziki fəallıqdan sonra xəstənin şəkərinin ölçülüb-ölçülmədiyi ilə də maraqlanır. Xəstə bu suallara cavab verməklə faktları aparatın yaddaşında həkk edir.

Cəmi bir neçə saniyə ərzində öyrənə biləcəyiniz qan şəkəri miqdarı hər 2 beynəlxalq ölçü vahidi ilə (mg/dL və mmol/L) ekranda görünür.

Ayrıca, Bionime qlükometrlərində sizə mütəmadi olaraq ölçmə vaxtını xatırlatmaq üçün zəngli saat/alarm rejimi də var.

Bu cihazın hər yeni alınan strip qutusunu da kalibrasiya etmənizə gərək qalmayacaq. Avtokod sistemi ilə təchiz olunan aparata stripi sadəcə olaraq daxil edin, barmaq ucundan alınan bir damla qanı stripə toxundurun və qan şəkəri miqdarınız artıq ekranda oxunacaqdır. Bionime qlükometrlərindəki 3 voltluq kiçik batareyalar 600 dəfə ölçmə apararaq, enerjiyə qənaət edir.

Bu faktlar həkimin müayinəsi və müalicəsi üçün vacib əhəmiyyət kəsb edir.

Qan almaq üçün aparata daxil olan xüsusi lanset qələmi dərinin sərtlik dərəcəsinə görə, 1-dən 7-dək köklənə bilir. Xəstə ətrafındakıların köməyinə ehtiyac hiss etmədən asanlıqla və ağrısız özü qan şəkərini ölçür.

Cihaz hazırda endirim kampaniyasındadır. 10 iynə, 50 strip və cihaz 50 manatdır. İstehsal ölkəsi İsveçrədir. İsveçrə patenti ilə Tayvanda istehsal olunur. 1 il zəmanəti var.

Bionime qlükometrlərini əldə etmək istəyənlər Vitafarma şirkətinin İnnovita mağazasına müraciət edə bilərlər.

Əlaqə telefonu: (012) 409 22 32 / (012) 432 23 06 / (051) 456 71 87

lent.az