Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq Yazıçısı, dünya şöhrətli detektiv yazıçı Çingiz Abdullayevin “Transilvaniya səfəri” kitabı Polşada çapdan çıxıb.
Azərbaycanın Polşadakı səfirliyindən bildirilib ki, Polşanın “Rebis” Nəşriyyat evi tərəfindən nəşr olunan kitabın bir neçə nüsxəsi ölkəmizə göndərilib. Mayın 19-dan 22-dək Varşavada keçiriləcək Kitab Yarmarkasında Çingiz Abdullayevin kitabının da təqdimatı olacaq.
azertag.az