Azərbaycan prezidenti İlham Əliyev iyunun 22-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsində Heydər Əliyev parkının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qəsəbədə görülən işlər barədə dövlət başçısına məlumat verib.
Bir hektara yaxın ərazisi olan parkda qısa müddətdə bərpa və yenidənqurma işləri həyata keçirilib, müasir istirahət kompleksi yaradılıb.
Parkda Heydər Əliyevin büstü qoyulub.
Parkda yaradılan şəraitlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verib.
apa