«Eurovision-2012»yə turpaketin ilkin qiyməti açıqlanıb
19.9.2011

Gələn ilin may ayında Bakıda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsini ziyarət etmək üçün xarici turistlərə nəzərdə tutulan turpaketin ilkin qiyməti açıqlanıb.
GoMap.az-in «APA-ya istinadən verdiyi məlumata görə, turpaketin minimal qiyməti 1 200 manat (1 100 avro və ya 1 600 ABŞ dolları) təşkil edəcək ki, bura aviabilet, 3-ulduzlu hoteldə qalma və müsabiqənin iki yarımfinal və final mərhələsinə biletlər daxildir.
Turistlərin bir qədər yüksək səviyyəli hotellərin seçimindən asılı olaraq, turpaketin qiyməti onlar üçün bir qədər baha başa gələcək.