"PAŞA Həyat" sığorta şirkətinin əməkdaşları uşaqların ən sevimli filmi olan "Cəngəlliklər kitabı" adlı filmi ilk dəfə IMAX formatında valideyn himayəsindən məhrum 60 uşaqla birgə izləyib.
Şirkətdən bildiriblər ki, "PAŞA Həyat" korporativ sosial məsuliyyət proqramı çərçivəsində uşaqlar üçün müxtəlif xeyriyyə tədbirlərinin təşkili və dəstəyi işlərini davam etdirəcək.
"Qayğıya ən çox ehtiyacı olan körpələrimizlə birlikdə bu filmi izləmək, onların inkişafına kömək edə bilmək, onların asudə vaxtlarının daha xoş keçirməsinə şərait yaratmaq, onlarla az da olsa birgə pozitiv vaxt keçirmək missiyamızın bir parçasıdır. Biz gələcəkdə də uşaq evlərini ziyarət edəcəyik, onlara olan diqqət və qayğımızı əsigəməyəcəyik", - deyə şirkətin mətbuat katibi Elnur Hüseynquluyev bildirib.
azertag.az