Mayın 6-da Belarus Respublikasının Xalq Artisti, Belarus Milli Akademik Böyük Opera Teatrının baş dirijoru Vyaçeslav Voliç Azərbaycanın Xalq Artisti, dirijor Yalçın Adıgözəlovun müşayiəti ilə Niyazinin mənzil-muzeyini ziyarət edib.
Muzeydən bildirilib ki, qonağa maestronun həyat və yaradıcılığı, musiqi mədəniyyəti tarixində əvəzsiz xidmətləri haqqında ətraflı məlumat verilib.
Muzeyə heyranlığını bildirən Vyaçeslav Voliç öz təəssüratlarını muzeyin “Qonaqlar kitabı”nda qeyd edib.
azertag.az