Bakının bir neçə prospekti bağlanıb
10.5.2016

Bu gün səhər saatlarından Bakı şəhərinin bir neçə əsas prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə edilən məlumata görə, Parlament prospektinin Mehdi Hüseyn küçəsi ilə kəsişməsinədək, Hüseyn Cavid prospektinin Mikayıl Müşfiq küçəsi ilə kəsişməsinədək, digər küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bundan başqa, Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Səməd Vurğun küçəsi (Müasir Təhsil Kompleksinin qarşısından "Təzə bazar"a doğru), Koroğlu Rəhimov küçəsi ("Odlar Yurdu" Universitetinin qarşısı), Babək prospekti (mərkəzə doğru), o cümlədən A.Bakıxanov küçəsi (Türkiyə səfirliyi istiqamətində) və Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

report.az