Doqquz yaşlı qız başqalarından fərqli olaraq yağlı yeməsə, öləcəkdir
25.6.2012

Doqquz yaşlı Eminin çox ağır xəstəliyi vardır. Həkimlər ona mümkün qədər çox və yağlı yeməyi tapşırmışlar. O, gün ərzində çoxlu yağlı yemək yeməsə, ölə bilər.

Emi gün ərzində böyük miqdarda qaymaq, ət, pissa və zeytun yağı qəbul edir. Adi qidalanma olarsa, Eminin beyni enerjidən məhrum olaraq dayana bilər.

Şotlandiyanın Falkirk şəhərində yaşayan 9 yaşlı Emi Paterson yaşıdları ilə müqayisədə 3 dəfə artıq yağlı yemək məcburiyyətindədir. O, böyük adamın gün ərzində yediyi yeməyi bir oturuma yeyir.

Emi məktəbə gedir və normal təhsil alır. Amma qızın anası Mişel və atası Allanın dediyinə görə, Eminin gündə 6 dəfə yeyərək, 1482 kalori qəbul etməsinə nəzarət etmək məcburiyyətindədirlər.

Hazırda dünyada “GLUT1 qıtlığı sindromu” adlı xəstəliyin daşıyıcısı Emi kimi cəmi 100 nəfər xəstə vardır.

AzərTAc