Cari ildə Tovuz meşəçiləri 90 hektar ərazidə yeni meşələr salmağı planlaşdırıb.
Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən bildiriblər ki, cari ildə 155 kiloqramdan artıq toxum tədarük edən meşəçilər 700 min ədəddən artıq müxtəlif cinsdən əkin materialı yetişdiriblər. Onlar bu il 90 hektar yeni meşə zolağı salmağı planlaşdırıblar. Müəssisənin kollektivi yaz mövsümündə 46 hektar sahədə sahədə yeni meşə salıblar.
Payızda isə daha 44 hektar sahədə yeni meşələr salınacaq.
Qeyd edək ki, rayonda mövcud meşələrin sahəsi 30 min hektardan artıqdır.
azertag.az