Dünyanın ən eybəcər iti - FOTO, VİDEO
25.6.2012

Amerikada dünyanın ən eybəcər iti seçilib. Bu məqsədlə Kaliforniya ştatında yarışma keçirilib. Müsabiqədə "ən eybəcər it" adı uğrunda 29 it mübarizə aparıb.

Qalib isə İngiltərədən qatılan Bev Nicholson adlı qadına aid "Mugly" adlı it olub. 2005-ci ildən bəri bu adı əlində saxlayan it sahibinə 1000 dollar pul mükafatı və 5 uduzlu otellərdən birində istirahət, fotosessiya haqqı qazandırıb.

Bundan əlavə "Mugly"nin 1 illik it qidasınıda təşkilatçılar verəcəklər.

Birincilik elan ediləndən sonra it ingilis bayrağı formasında geyim, papaq və xalta ilə rəqiblərinin önünə çıxarılıb.

VİDEO

ANS PRESS