Dünyanın ən bahalı avtomobillərindən olan İtaliyanın “Ferrari” avtomobil konserninin tarixi ərzində istehsal edilmiş ən gözəl modellərindən biri 5 milyon funt-sterlinqə satışa çıxarılmışdır.
1963-cü ildə istehsal olunmuş "Ferrari 250 GT SWB" modeli İngiltərənin Askot şəhərində hərracdadır.
Model üçün tələb edilən ilkin məbləğə Kent qraflığında 8 yataq otağı olan malikanə, 28 ədəd "Ferrari 458s" maşını və ya “Learjet” təyyarəsi almaq olar.
İndiyədək cəmi 55 ədəd istehsal edilmiş bu modeldən olan maşın 2003-cü ildə “Çarlinin mələkləri” filmində çəkilmiş və onu Hollivud ulduzu Kemeron Dias idarə etmişdir.
AzərTAc