Dünyanın ən məşhur tısbağası öldü - FOTO
25.6.2012

Ekvadorda dünyanın ən məşhur heyvanlardan biri öldü. Qalapaqoss milli heyvanxanasında abinqon fil tısbağası sinfinin sonuncu nümayəndəsi - "Tənha Corc" adlı tısbağa dünyasını dəyişib.

Heyvanxana rəhbərliyinin sözlərinə görə, tısbağa təbii ölümlə ölüb.

Mütəxəssislərin hesablamasına görə, "Tənha Corc" təqribən 100 il yaşayıb. İndi onun balzamlaşdırılacağı ehtimal edilir.

Uzun illər ərzində alimlər onun nəslinin artırılması üçün cütləşdirməyə çalışsalar da heç nə alınmayıb.

Qeyd edək ki, "Tənha Corc" 1972-ci ildə Pinta adasında tapılmışdı. Hər il 180 min insan tısbağaya baxmaq üçün gəlirdi. Onun haqqında hətta kitabda yazılıb. Kitabın adı isə "Tənha Corc: Dünyanaın ən məşhur tısbağasının həyatı və sevgisi".

Fil tısbağası - çox nadir növ sayılır. Adi təbiət şəraitində onların 200-250 il, ən azı 150 il yaşadığı bildirilir. Bu növ Çarliz Darvinə təkamül haqqında nəzəriyyəni formalaşdırmağa yardımçı olan növdür.

ANS PRESS