Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakı şəhərinin ətraf ərazilərində ağacəkmə aksiyası keçirilib.
Nazirlikdən bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar olaraq keçirilən aksiya çərçivəsində minlərlə müxtəlif növ ağac əkilib.
Bu cür aksiyaların keçirilməsində məqsəd ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin regionlarda fəaliyyət göstərən müəssisələri də yaşıllaşdırma və abadlıq işləri aparıb.
azertag.az