“Neftçala” klubu ölkə futbolu tarixinə düşüb
10.5.2016

Azərbaycan I divizionda çempionatın sonuna 1 tur qalmış qızıl medalları təmin edən “Neftçala” ölkə futbolu tarixinə düşüb.

Peşəkar Futbol Liqasından bildiriblər ki, klub aşağı divizionda 2 dəfə qalib adını qazanan ilk və yeganə komandadır. 1992-ci ildən keçirilən yarışda indiyədək 21 dəfə çempion müəyyənləşib. Bu titula 20 komanda layiq görülüb.

Ötən il çempion olub, Premyer Liqaya çıxış üçün lisenziya ala bilməyən neftçalalılar yenidən mübarizə apardığı I divizionda titulunu qoruya bilib. Onlara qədər fasilələrlə də aşağı dəstədə çıxış edənlərin heç biri iki çempionluq qazanmayıb.

azertag.az