FIFA-nın prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasının qalibini təbrik edib.
AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla FIFA-nın prezidenti dünya futbol ailəsi adından "Qarabağ" (Ağdam) klubunu Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması və gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb. "Qarabağ" sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Azərbaycan Premyer Liqasının 32-ci turunda “Qarabağ” Azərbaycan çempionu adını rəsmiləşdirib. Qurban Qurbanovun yetirmələri səfərdə “Zirə"yə 2:0 hesabı ilə qalib gəlməklə, son 4 turun nəticəsindən asılı olmayaraq tarixində dördüncü, ardıcıl isə üçüncü dəfə Azərbaycan çempionu olub.
Bu, "Qarabağ"ın tarixində Premyer Liqada 4-cü çempionluğudur. Ağdam təmsilçisi ilk dəfə 1993, daha sonra isə 2013, 2014 və 2015-ci illərdə Azərbaycan çempionatının qalibi olub.
anspress