Bakıdakı musiqi məktəbinin şagirdləri Daşkənddə “Sənət qönçələri” beynəlxalq müsabiqəsində iştirak edirlər
11.5.2016

Özbəkistan Dövlət Konservatoriyasında “Sənət qönçələri” adlı nəfəs və zərb alətləri beynəlxalq festivalı keçirilir.

Festival iştirakçılarını salamlayan Özbəkistanın təhsil naziri Uluqbek İnoyatov onlara uğurlar arzulayıb.

Müsabiqəyə Almaniya, Yaponiya, Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən 164 ifaçı qatılıb. Beynəlxalq müsabiqədə Bakıdakı Mstislav Rastropoviç adına 21 nömrəli musiqi məktəbinin şagirdləri Kamran Talıblı (fleyta), Asəf Mayılov (truba) və Vüqar İbadov (klarnet) də iştirak edirlər.

Özbəkistan Təhsil Nazirliyi, Mədəniyyət və İdman İşləri Nazirliyi, Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən müsabiqə mayın 14-də başa çatacaq.

azertag.az