Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti SAT imtahanlarını (üç fərqli SAT imtahanı: SAT, SAT esse və SAT fənn) keçirib. İmtahanlar TQDK-nın inzibati binasında və təlimata tam uyğun təşkil olunub. İmtahan zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün lazımi şərait yaradılıb.
TQDK-dan bildiriblər ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 35 nəfərdən biri imtahana gəlməyib.
İmtahanın nəticələrinin iyunun ortalarında elan olunması gözlənilir.
Növbəti SAT imtahanının iyunun 4-də keçirilməsi nəzərdə tutulur. Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlanıb və mayın 12-si saat 09.00-dək davam edəcək (gözləmə siyası üçün qeydiyyat may ayının 25-dək davam edəcək). Qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı http://www.tqdk.gov.az/exam/sat/ keçidindən əldə etmək olar.
azertag.az